Gənclər gününüz mübarək

Elm bütün qapıları çan açara bənzər.
Anatol Frans
Alimin mürəkkəbi, şəhidin qanından üstündür deyib, ulu peyğəmbərimiz. Hər bir millət elmli insanların ağılı və kamalı sayəsində öz varlığını yaşadaraq adını tarixə yazır.
Qədim xalqımız da öz fitri istedadı, elmi ilə zəmanəsinin fikir tarixinə adını qızıl hərflərlə yazılmış alimləri ilə daim qürurlanmaq haqqına malikdir.
N.Tusi, N.Gəncəvi, Bəhmənyar, M.Kazımbəy kimi dahilərin fikir və düşüncələri bu gündə öz sözünü deməkdədir. Zaman keçsə, əsrlər ötsə belə alimin yeri, elmin məqamı alilik zirvəsində dəyişməz qalır. Belə alimlər daim gənc nəslin örnək yeri olur.
Məktəbimizdə tez tez elm xadimləri, müharibə qəhrəmanları, tanınmış insanlarla görüşlər keçirilir. Belə görüşlərdən biri də 02.02.2018 – ci il tarixində “Akt zalında “ şagirdlərlə gənc alim Əfsun Sucayevlə keçirildi.
Direktor A.Əzizova gənc alim haqqında ətraflı məlumat verərək, xalqımızın belə gənclərlə fəxr etdiyini vurğulayaraq, şagirdləri ondan nümunə götürməyə çağırdı.
Iki ixtiranın, 30 elmi əsərin, 100 – dən çox publisistik məqalənin müəllifi olduğu qeyd edilən alimin şagirdlərlə məhz gənclər günündə görüşü heç də təsadüfi deyildi. Bəli hər bir millətin gəncliyi öz arxasınca aparmağa qadir belə insanlara daim ehtiyacı vardır.
Çıxış üçün söz gənc alimə verilərkən Əfsun bəy şagirdləri elmlərə dərindən yiyələnməyə çağıraraq, Respublikamızda elmə, alimə, elmi axtarışlara edilən dövlət qayğısından və yaradılan şəraitdən söhbət açdı. Natiq qeyd etdi ki, AMEA – nın müxtəlif müzeyləri siz şagirdlərin yolunu gözləyir.
Hər kəs öz maraqlandığı elm sahəsinə aid məlumarları və bəhrələnərək ala bilər. Toplantıda fənn olimpiadasına vəsiqə qazanmış şagirdlərə buraxılış vərəqinin paylanması ilə mərasimin məramı ilə üst üstə düşdü. Direktor toplantıda fənn olimpiadada iştirak edəcək şagirdlərin adlarını çəkərək, onlara uğur arzuladı. Məktəblilər yaşıdlarını alqışlarla qarşıladılar. Kim bilir bəlkə də bu gün buraxılış vərəqi təqdim olunan Lalələrin, Cavadların, Nicatların sıralarından sabahın Əfsunları göstərəcək.
Çünki biz dahiləri, dühaları ilə tarixə səs salaraq, zamana meydan oxuyan bir xalqın övladlarıyıq.