Atletika üzrə yarış

Bakı şəhər Gənclər və İdman Nazirliyi tərəfindən Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Çempionatda hər rayondan olan məktəblər iştirak edirdilər. 251 nömrəli tam orta məktəbin şagirdləri də bu yarışda özlərini sınadılar. Yarışda 8a2 sinfinin şagirdlərindən Osmanov Mayıs və Şükürəliyev Nicat qalib gəlmişdir. I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar. Osmanov Mayış gümüş medalla, Nİcat isə bürünc medalla təltif edildilər.
Komandalı yarışda isə məktəbimiz 2ci yerə çixaraq medalla mükafatlandırıldı. Yarışa şagirdləri məktəbin fiziki tərbiyə müəllimi Baxşıyev Fariz müəllim hazırlamışdır.