Fidanımızın uğuru

Məktəbimizin idman uğurlarına daha bir əlavə olundu. 2a2 sinif şagirdi Məmmədli Aylin Cəlal qızı Gimnastika Məktəbinin Açıq Birinciliyi batut gimnastikası üzrə yarışda qalib gələrək 1 yeri tutmuş, qızıl medal və diplomla mükafatlandırılmışdır.

Aylinin sinif rəhbəri İsakova Qərənfil müəllim onun haqqında sevinclə, gələcəyinə böyük ümidlə baxan şagirdi kimi söhbət açdı. Onun çalışqan, hazırlıqlı və idmana böyük marağı olan bir məktəbli olduğunu qeyd etdi. Gələcək hələ qarşıdadır. Aylin bəlkə adlı – sanlı bir elm adamı, ya da adını tarixinə yazdıracaq idmançı olacaqdır. Kiçik idmançımıza bu ümidləri doğrultmağı və vətənə layiqli övlad olmağı arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi