Olimpiya hərəkatına həsr olunmuş tədbir

Məktəbimizdə bir - birindən maraqlı idman tədbirləri mütəmadi olaraq keçirilməkdədir. Belə yarışlardan biri də 26.01.2018 - ci il  tarixində idman zalında Olimpiya hərəkatının inkişafına həsr olunmuş, uşaqlarda bədən tərbiyəsi və idmana maraq oyatmaq məqsədilə keçirilən estafet yarışıdır.

Tədbirdə Fiziki tərbiyə sahəsində müasir təlim texnologiya proqramlarının rəhbəri Vəli Musayev, Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi Vasif müəllim qonaq qismində iştirak edirdilər. İştirakçıları yarışa məktəbin idman müəllimləri Nəcəfzadə Leyla, Abdullayev İsa, Nağıyev Ağa, Həşimov Elvir, Baxşiyev Fariz, Qurbanlı Aydan hazırlamışlar. Estafet yarışı V siniflər arasında keçirildi. Tədbiri giriş sözü ilə açan direktor Aygün xanım, idmanın insanın fiziki kamillik yolundakı rolundan və bu bünövrənin məktəbdən qoyulmasından bəhs etdi. Daha sonra qonaqlar çıxış edərək, şagirdlərə uğurlar arzuladılar.

Şagirdlərin, müəllim və valideynlərin maraqla və həyəcanla gözlədiyi an gəlib çatdı. Hər kəs öz sinfinin mənafeyi uğrunda gərgin idman yarışına qatılmışdı. İştirakçılar müəllimlərinin öyrətdikləri oyun fəndlərindən  istifadə edərək, daha layiqli çıxış etməyə çalışmışdır. Gərgin idman yarışı böyük ruh yüksəkliyi ilə Va1 sinif şagirdlərinin qalibiyyəti ilə başa çatdı. Tədbir başa çatsa da iştirakçılarda bu yarışın təəssüratı uzun zaman qalacaq. Çünki idman gözəllikdir, sağlamlıqdır, çeviklikdir. Kim bilir bəlkə də bu gün qalibiyyət sevincini yaşayan körpələr sabah olimp zirvəsinə gedən yolun yolçusu olacaqlar. Üçrəngli bayrağımızı dünyanın məşhur idman arenalarında fəxr və qürurla dalğalandıracaq.

Böyük qalibiyyət dolu günlərin bünövrəsi isə elə bu gündən, məktəbimizin zalında keçirilən kiçik tədbirlərdən başlayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi