Qəhrəmanlıq tariximizin “20 Yanvar”səhifəsi

       19 yanvar 2018 ci il tarixində məktəbin "Akt zalında 20 yanvar faciə ilə bağlı tədbir keçirilmişdir. Məktəbin ədəbiyyat müəllimləri L.Sadıqova və G. Bədəlovanın təşkilatçılığı ilə baş tutan tədbirdə digər məktəb direktorı keçmiş döyüşçü Telman Sadıqov da iştirak edirdi. Qarabağa qayıdışın ilk qaranquşlarından olan "Cocuq -Mərcanlı" kənd orta məktəbinin direktoru Zamin Hacıyevin və Füzuli rayon məktəblərinin təmsilçisi Səbinə Məmmədovanın tədbirdə iştirakı Qarabağ istəkli ürəklərdə bir daha böyük qayıdışa ümid işığı yandırdı. 

 Tədbir himnimizin səslənməsi ilə başlandı. Direktor A.Əzizova qonaqları iştirakçıları salamlayaraq, 20 yanvar hadisələrinin xalqımızın tarixindəki rolundan söhbət açdı. Daha sonra tədbirdə iştirak edən şagirdlər bir - birindən maraqlı çıxışları ilə hamının diqqətini səhnəyə cəlb etdilər.

 7a2 sinif şagirdləri Bayramova Ləman, Qasımova Nuranə, İsmayılov Kamran, Əliyeva Könül faciənin dəhşətlərini özündə əks etdirən şeirlər söylədilər. 

3r1 sinif şagirdlərinin hazırladıqları mahnı, pantonim səhnəcik tədbirin yaddaqalan çıxışlarından oldu. 

"20 yanvar Qan yaddaşımızdır" şeir müsabiqəsinin qalibləri Ağalarova Xanım və Əhmədova Nərminin xüsusi bacarıqla ifa etdikləri şeirlər qanlı gecənin dəhşətlərini gözlər önündə canlandırdı. 

Sonda çıxış üçün söz verilən qonaqlar müəllim və şagirdlərə direktor Aygün xanıma təşəkkürlərini bildirərək, belə tədbirlərin şagirdlərin vətənpərvərlik tərbiyəsində rolundan bəhs edərək, şagirdlərimizi xalqımızın qəhrəmanlıq ruhundan daim bəhrələnməyə səslədi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi