20 yanvar gecəsi

Xalqımızın istiqlaliyyətimizi qazandıqdan sonra tanış olduğumuz sözlərdən biri də “Şəhid” sözü olmuşdur. Torpağı uğrunda minlərlə şəhid vermiş bir millət üçün şəhidlərdən müqəddəs bir şey ola bilməz. Xalqımız istər 20 yanvar gecəsi, istər Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizi unutmur. Vətənə məhəbbət, xalqına, torpağına sevgi ilk öncə ailədən qandan gəlir, sonra isə bu dəyərləri uşaqlara məktəb, müəllimlər aşılayır.

      Artıq bizim doğma təhsil ocağımız olan Nizami rayonu 251 №-li tam orta məktəbdə hər bir müəllim, şagird və valideyn heyətində şəhidlik zirvəsini yüksək tutur. Məktəbdə ibtidai sinifdən başlayaraq, şəhidlərin anım gününü yüksək səviyyədə qeyd edirlər. Bu ənənə Nizami rayonu 251 №-li tam orta məktəbdə hər il yüksək səviyyədə qeyd olunur.

        Məktəbin 4A-1 sinif rəhbəri Məlahət Əlirzayevanın rəhbərliyi altında şəhidlərin əziz xatirəsi 28-ci ildi rəhbəri olduğu bütün siniflərdə hörmətlə anılıb. Məlahət müəllimin şagirdlərilə hazırladığı kompozisiyalar, divar qəzetləri, səhnəcikləri hər zaman təqdirə layiq olub və müdriyyət tərəfindən yüksək qiymətləndirilib. Bu ildə Məlahət müəllimin şagirdləri ilə hazırlaşıb şəhidlər xiyabanını eləcə də, Ulu Öndərimizi ziyarətə getdilər. Havanın soyuqluğu nə Məlahət müəllimi, nə şagird-valideyn heyətini üşütmədi. Onlar şəhidlərin önündə sevgilərini əllərindəki güllərlə, şüarlarla dillərindəki şeirlərlə bildirdilər. Bunlardan əlavə hazırladıqları kompozisiyaya, divar qəzetlerinə, əl işlərinə görə, bunlar təşkil etdiyinə görə Məlahət müəllimə, şagirdlərə və valideyn heyətinə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi