Kitab təqdimatı

8 yanvar 2018 – ci il tarixində məktəibn akt zalında “Təkan tələbə - gınxlər ictimai birliyi”nin nümayəndəsi Elşən müəllim, rəssam Zərifə xanımın iştirakı ilə məktəbin birinci və məktəbəhazırlıq sinif şagirdləri ilə görüş keçirildi. Görüşdə “Unudulmaz yurdumuz Qərbi Azərbaycan özünrənglə kitabı”nın təqdimatı oldu.
Birliyin nümayəndəsi Elşən müəllim direktor Aygün xanımın təqdimatından sonar şagirdlərə kitab haqqında məlumat verdi. Natiq hörmətli prezidentimiz İ.Əliyevin fikirlərindən sitat gətirərək, indiki Ermənistan dövlətinin əzəli Azərbaycan torpaqları üzərində qurulduğunu söylədi.
Qədim qala və abidələrimizi dağıdaraq, tarixi izlərimizi məhv etməyə çalışan mənfur düşmənlərimiz, bu danılmaz həqiqəti yaddaşlardan silməklə, bəşəri cinayətə əl atırlar. Elşən müəllim hələ kiçik yalardan başlayaraq, övladlarımıza məlumat verməyini bu yolda mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Bu baxımdan təqdim olunan kitab təqdirə layiq işlərdəndir.
Kitabda Ermənistan ərazisində viran edilmiş abidələrimiz, təbiətmiz, unudulmuş mətbəximiz öz əksini tapmışdır. Birinci və məktəbəhazırlıq sinif şagirdlərinə hədiyyə şəklində kitablar təqdim olundu. Rəssam Zərifə xanım kitabı rəngləmə texnikasını şagirdlərə başa salaraq, onların bu işin öhdəsindən bacarıqla gələcəklərinı əminliyini bildirdi. Hər sinif rəhbəri rənglənmiş kitabları yoxladıqdan sonar 120 şagird arasından 1 nəfər qalib seçiləcək və mükafatlandırılacaq.