Allah rəhmət eləsin

6 yanvar acı bir xəbər bütün kollektivimizi sarsıtdı. Məktəbimizin ingilis dili müəllimi Məmmədova Gülarə xanımın vəfatı hamımızı dərin kədərə boğdu. Mehribanlığı, qayğıkeşliyi, peşəkarlığı ilə şagirdlərin və həmkarlarının sevimlisinə çevrilən Gülarə xanımın yoxluğuna inanmaq çətindir.

Həmişə müəllim adının ucalığından, müəllim ömrünün müqəddəsliyindən bəhs edilir. Gülarə xanım da məhz belə şərəfli bir ömrün sahibi, müqəddəs bir yolun yolçusu idi. Kollektiv olaraq direktor Aygün xanımın rəhbərliyi ilə mərhum həmkarımızın vida mərasimində hər kəs onu göz yaşları ilə son mənzilə yola saldı.

251 № - li məktəbin müəllim, şagird kollektivi adından əziz müəllimimiz, həmkarımız Gülarə xanıma Allahdan rəhmət, yaxınlarına, əzizlərinə səbr diləyirik. Gülarə müəllimin parlaq xatirəsi, onu tanıyanların yaddaşında daim yaşayacaqdır.

Nə qədər yaxşılar gəlir dünyaya, yaxşılar gedəndə yeri boş qalır. Əminliklə söyləyirik ki, Gülarə müəllim yeri görünənlərin sırasındadır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi