20 yanvar - Qan yaddaşımızdır

20 yanvar xalqımızın başına gətirilən dəhşətli soyqırım aktı hər il ümumxalq hüzn günü kimi qeyd edilməkdədir. Respublikamızın hər yerində olduğu kimi bizim məktəbimizdə də “20 yanvar” hadisələrinin 28 – ci ildönümü hüzn və ehtiramla qeyd ediləcək. Nəzərdə tutulan tədbirlər silsilə xarakter daşıyacaq. Belə tədbirlərdən biri “20 yanvar – Qan yaddaşımız” adlı müsabiqədir. Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçiriləcək:
- Kompozisiya maket şəklində
- Şeir
- Səhnəcik
- Musiqi
- Divar qəzeti, bülleten
- Rəsm
Elan edilmiş müsabiqə birinci mərhələdə sinifdaxili keçirilir, daha sonra qaliblər ümumməktəb müsabiqəsinə qatılmaq hüququ qazanacaqdır. Ümidvarıq ki, şagirdlərimiz öz əl işlərində göstərdikləri səhnəciklərdə müstəqillik yolunda xalqımızın başına gətirilən dəhşətləri layiqincə ifadə edəcəklər.20 yanvar xalqımızın başına gətirilən dəhşətli soyqırım aktı hər il ümumxalq hüzn günü kimi qeyd edilməkdədir. Respublikamızın hər yerində olduğu kimi bizim məktəbimizdə də “20 yanvar” hadisələrinin 28 – ci ildönümü hüzn və ehtiramla qeyd ediləcək. Nəzərdə tutulan tədbirlər silsilə xarakter daşıyacaq. Belə tədbirlərdən biri “20 yanvar – Qan yaddaşımız” adlı müsabiqədir. Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçiriləcək:
- Kompozisiya maket şəklində
- Şeir
- Səhnəcik
- Musiqi
- Divar qəzeti, bülleten
- Rəsm
Elan edilmiş müsabiqə birinci mərhələdə sinifdaxili keçirilir, daha sonra qaliblər ümumməktəb müsabiqəsinə qatılmaq hüququ qazanacaqdır. Ümidvarıq ki, şagirdlərimiz öz əl işlərində göstərdikləri səhnəciklərdə müstəqillik yolunda xalqımızın başına gətirilən dəhşətləri layiqincə ifadə edəcəklər.