Happy New Year

“Yeni il” bayramı bildiyimiz kimi, Dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrilmişdir. Fərziyyəyə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər, həmçinin qədim germanlar və romalıların adı ilə bağlanılan mənbələr də var. Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İsa peyğəmbərin doğum günü də, elə dekabrın son günlərinə təsadüf edir. Beləcə bu bayram həm yeni ilin gəlişini, həm həyatın ölüm üzərində qələbəsini, həm də Milad gününü özündə birləşdirmiş oldu.

“Yeni il” bayramı Azərbaycanda da digər xarici ölkələrdə olduğu kimi təntənəli şəkildə qeyd olunur.  Çünki bu bayram günü “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” ilə eyni gündə qeyd olunduğu üçün,  sevinci birə-beş artırır. Ən çox sevinən uşaqlar və yeniyetmələrdir.

Bu münasibətlə 251 saylı tam orta məktəbdə ingilis dili müəllimi Əhmədova Validənin rəhbərliyi ilə “Happy New Year” adlı tədbir keçirilmişdir. Məktəbin direktoru Aygün xanım Əzizova tədbir rəhbərini, ingilis dili müəllimləri Məmmədova Tamella, İbrahimova Səfayət, Mənsurova Tamella və tədbir iştirakçılarını ürəkdən alqışladı və yüksək qiymətləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi