50 milyonluq Azərbaycan Xalqının ürək döyüntüləri

Dekabrın 25 də soyuq bir qış səhərində 251 №-li tam orta məktəbdə bayram əhval-ruhiyyəsi duyulurdu. Bu gün ingilis dili müəlliməsi Həsənova Sevincin rəhbərliyi altında “50 milyonluq xalqın ürək döyüntüləri” başlığı altında ingilis dilində möhtəşəm bir şənlik keçirildi. Direktor Aygün xanım, məktəbin ingilis dili müəllimləri, valideynlər və şagirdlərin iştirakı ilə keçirilən bu tədbir, məktəb zalına sanki bahar ilıqlığı gətirərək qışın soyuğunda özündə əridirdi. Bir anlıq hamı ekranda slaydlarla müşayiət olunan himnin sədaları altında dondu. Bu sakitliyi Dünya Azərbaycanlılarının Həmrəyliyinə aid çıxışı ilə XI-a2 sinif şagirdi Zamanova Əsmər öz gur səsi ilə pozdu. Onun ingilis dilində aydın tələffüzü,nitqi zalda yenidən sakitliyi bərpa etdi. O, xalqımızın necə bir güclü qüdrətə sahib olduğunu nitqində bəyan etdi. IV-a2 sinif şagirdi Elxan “robot” adlı rəqsi ilə zalı riqqətə gətirərək uşaqlara sevinc bəxş etdi. Övladları müxtəlif ölkələr də yaşayan qoca kişinin məktub yazıb balalarını yanına çağırması ilə başlanan səhnəcik hamının marağına səbəb oldu. Hər övlad danışarkən ekranda həmin ölkədə yaşayan şəxsin dövlət bayrağı və müxtəlif mənzərələri canlanırdı. Bu isə səhnəciyi daha da maraqlı və baxımlı edirdi. Qoca öz övladlarını gəmi ilə səyahətə dəvət edərkən, su pərilərini incidərkən, gəmidəki piratlar onları xilas edir. 1r1 sinfin rəngarəng geyimləri sanki insanları sehrli bir aləmə salmışdı. Onların rəqsləri zalı təlatümə gətirdi və təbəssüm yaratdı. VI-r1 sinfin şagirdlərinin Rəhim, Çinarə, Nina, Maşa və Nəzrinin söylədikləri şeirlərdən sonra VIII a1 sinfinin qızları Muradova Cəmilə, Nuriyeva Gülsurə, Ləman, Fidanın oxuduğu “Bong” mahnısı gəminin fiti və küləyin səsilə ilə başladı. IVa2 sinif şagirdi Cabbarova Leyla ərəb rəqsini ustalıqla ifa edərək hamını məst etdi. Hind ritmlərini ifa edən X sinif şagirdi Məmmədova Aysu və VIIIa1 sinif şagirdi Muradova Cəmilənin həzin səsilə Əsədova və Cabbarova Leylanın rəqsi hamını valeh etdi. Ekranda qarın tökülməsi verilən qeyri-adi qış mənzərələri “Happy New Year” adlı həzin musiqiyə qovuşaraq zalda möcüzəli bir təəssürat yaradırdı. Biri-birini əvəz edən rəngarəng çıxışlar zalı tilsimə salmışdı. Bu tilsimi X- sinif şagirdi Məmmədova Aysunun səsi sınıdıraraq 50 milyon Azərbaycan xalqının həmişə birgə yaşayıb-yaratmaq əzmindən, böyük qüdrətindən bəhs etdi. Sonda o bütün Azərbaycanlıları harda olursa olsun, ölkəmizin adını uca tutaraq möhkəm burləşməyə çağırdı. Hamı ürəyində     Azərbaycanlı olmağı ilə fəxr edərək, üzlərində təbəssümlə zalı tərk etdilər. Sonda Aygün Xanım tədbirin təqdirəlayiq olduğunu qeyd etdi və təşəkkürünü bildirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi