Qış Nağılı sərgisi

Artıq yeni ilin addım səsləri eşidilməkdədir. Bu münasibətlə məktəblərdə bağçalarda  və digər müəssisələrdə “yeni il” şənlikləri keçirilir.

Məktəbimizdə də bu il yeni il şənlikləri xüsusi coşqu ilə qeyd edilməkdədir. Bu tədbirlərdən biri də direktor A.Əzizovanın təşəbbüsü və kitabxana müdiri S.Hüseynovanın təşkilatçılığı ilə təşkil olunmuş “Qış nağılı ev kompozisiyası” müsabiqəsidir. Bu müsabiqə aşağıdakı naminasiyalar üzrə təşkil olunmuşdu:

Təsviri inəsənət (rəsm, qrafika və foto)

Tətbiqi incəsənət (parça üzərində naxışlar, maketlər, müxtəlif materiallardan ibarət əl işləri məktəb qapısında foyeyə daxil olan hər kəs sanki nağıllar aləminə düşürdü.

Bir – birindən maraqlı rəsmlər, maketlər, tikmələr bizi günümüzdən qopararaq uzaqlara aparırdı. Hər sinif xüsusi hazırlanmış stollarda qoyulmuş əl işləri ilə təmsil olunurdu.

7r1 sinif rəhbəri G.Rəhimova, 1a1 sinif rəhbəri M.Kəmalə, 4r2 sinif rəhbəri Ə.Arzu, 2a1 sinif rəhbəri Ə.Gülarə, 4r1 sinif rəhbəri Q.Arzu, 2r1 sinif rəhbəri R.Nərminə, 1r1 sinif rəhbəri Z.Aidə, 2r2 sinif rəhbəri R. Nərminə, 1a3 sinif rəhbəri H. Nərmin, 3r1 sinif rəhbəri B. Fəxriyyə, 3a4 sinif rəhbəri N.Yeganə, 4a1 sinif rəhbəri Ə. Məlahət, 1a4 sinif rəhbəri H.Gülnarə, 1r2 sinif rəhbəri C.İradə, 6a2 sinif rəhbəri S.Günel, 8a2 sinif rəhbəri A.Vəfa, 2a3 sinif rəhbəri S.Kəmalə, 6a4 sinif rəhbəri C.Samirə, 4a3 sinif rəhbəri B.Nərgiz, 3r2 sinif rəhbəri R. Emiliya, 2a4 sinif rəhbəri B.Yeganə, 3a2 sinif rəhbəri Q.Səadət, 4a2 sinif rəhbəri M.Ofelya, 3a1 sinif rəhbəri İ.Təranə, 3a3 sinif rəhbəri M.Təranə, 1a3 sinif rəhbəri H.Nərmin, 6r1 sinif rəhbəri Ə.İntizar müəllimin şagirdlərinin hazırladıqları maraqlı əl işləri bir birindən heyranedici idi. Qış nağılının ən kiçik məqamlarının belə şagirdlərin diqqətindən yayınmaması diqqətə layiq idi.

Əl işlərinin belə maraqlı alınması münsiflərin işini xeyli çətinləşdirirdi. Çünki hər bir maket fərqli bir qış nağılı idi.

3r1 sinif şagirdlərinin ifa etdikləri flaşmob hamının üzündə təbəssüm və sevincə səbəb oldu.

1a3 sinfinin şagirdi H.Ayanın hazırladığı maket isə bayram ovqatına başqa bir rəng qatdı. Üstünü qar – duman almış “Şuşa” qalasının maketi hər kəsin qaysaq bağlamayan Qarabağ yarasını sızlatdı sanki.

Direktor A.Əzizova başda olmaqla münsiflər heyəti iştirakçıları qiymətləndirərək, mükafatlandırdılar. Maraqlı, yaddaqalan qış nağılı başa çatdı, məktəbimizdə isə hələ bayram şənlikləri davam etməkdədir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi