Əsgərlərlə görüş

Yeni il ərəfəsində Nizami, Nərimanov və Nəsimi rayon YAP təşkilatının bir qrup üzvü Tərtər rayonu N saylı hərbi hissədə əsgərlərlə görüşüblər.

Onlar əsgərlərin xidmət və məişət şəraiti ilə maraqlanıblar. Nümayəndələr əsgərlər qarşısında çıxış edərək, xalqın onlara güvəndiyini və bu güvənin aprel döyüşlərində öz təsdiqini tapdığını vurğulamışlar.

Görüş zamanı əsgərlərə bayram sovqatı təqdim edilmişdir.

Bizim üçün bu görüşün qürurverici məqamı ondan ibarət idi ki, səfərdə məktəbimizin direktoru Aygün xanım Əzizova da iştirak edirdi. Bəli Aygün xanım digər səfər yoldaşları ilə birlikdə ana olaraq, pedaqoq olaraq və nəhayət vətəndaş olaraq əsgərlərin arasında idi.

Ordu dövlətimizin əsas dayağı, xalqımızın güvən yeridir.

Ordumuzun isə qarşısında əsas vəzifə işğal altında olan torpaqlarımızı azad etməkdir. Qarabağ qazilərinin işğal altında qalan torpaqlarımıza müzəffər yürüşünə, köçkünlərimizin isə doğma ocaqlarına elliklə qayıdışına inam qəlbimizi qürur və iftixarla doldurur. Qalibiyyət möhürlü o günsə o qədər də uzaqda deyil.

https://www.facebook.com/ramil.velibeyov/posts/1690474971008892

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi