Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür

        Bu gün dövlətimizin daxili və xarici siyasəti prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. Daxili sabitlik, beynəlxalq aləmdə inam və etibar, iqtisadi yüksəliş, quruculuq işləri  İ.Əliyev rəhbərlik kursunu əks etdirən amillərdir. İdman sahəsində misli görünməmiş uğurlar, dünya miqyaslı tədbirlər  ölkəmizin ev sahibliyi etməsi dövlət rəhbərimizin uzaqgörən siyasətinin nəticəsidir. Milli dəyərlərə hörmətlə ehtiram, multukulturalizm mühitinin formalaşması, xalqımızın digər xalqlara onların din və mədəniyyətlərinə dözümlülük və rəğbət hissi yüzilliklərə söykənən adətlərimiz rəhbərlərimizin reallaşan siyasətində əks olunur.

    Səhiyyə, təhsil, mədəniyyət, idman, dini təşkilatkların məqsədyönlü işinə qayğı cənab İ.Əliyevin çox cəhətli fəaliyyətinin müəyyən bir hissəsini təşkil edir. Aqrar sahədə islahatlar, yeni iş yerlərinin açılması, istedadlı gənclərə meydan verilməsi, mədəniyyət, elm xadimlərinin qiymətləndirilməsi xalqın rəhbərinə olan inam və etibarını  daha da artırır.

    Ordumuzda nizam-intizam, döyüş ruhunun yüksəldilməsi, əsgərlərimizə dövlət tərəfindən göstərilən qayğı ali baş komandanın adı ilə bağlıdır.

    Heç də təsadüfi deyildir ki, aprel döyüşləri ordumuzun nəyə qadir olduğunu dosta da,

düşmənə də sübut etdi. Respublikamızın prezidenti İ.Əliyev dövlətçiliyimizin memarı dahi rəhbər H.Əliyevin layiqli varisidir.

Prezidentimizin ad günü münasibəti ilə ürəkdən təbrik edir, ona can sağlığı, Azərbaycanımızın daha işıqlı sabahı naminə yeni-yeni uğurlar arzulayırıq. Xalqa arxalanan rəhbərin nəsibi daim ucalıq olur deyirlər. Biz inanırıq ki, xalqa arxalanan dövlət başçımızın inamlı və qətiyyətli siyasəti nəticəsində Azərbaycanımızın bayrağı dünya dövlətlərinin bayraqları sırasında həmişə vüqarla dalğalanacaqdır.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi