IV və IX sinif şagirdləri sınaq imtahanında

Elektron sınaq qiymətləndirmə layihəsi çərçivəsində imtahanlar keçirilməkdədir. Bizim məktəbdə də bu layihə ilə bağlı IV və IX siniflərində ana dilindən, riyaziyyatdan və ingilis dili fənləri üzrə şagirdlər bilik sınağına çəkilmişlər. İmtahan nəticələri dərhal statistik məlumat şəklində kompyuterə ötürülərək, siniflər üzrə nəticələr müəyyən edilir.
Ötən illərdə sözügedən layihənin qalibi olmuş məktəblərin müəllimlərinin tərtib etdiyi suallar, şagirdlərimiz tərəfindən cavablandırıldılar. Belə tədbirlər hər şagirdin fərdi şəkildə bilik və bacarığının müəyyən edilməsinə, bəlkə də gələcək peşə seçimində əvəzsiz rol oynayır.