Komandamızın uğuru

      

 Binəqədi rayon İcra Hakimiyyəti Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 276 № - li məktəbdə badminton üzrə yarış keçirilmişdir. Yarışda məktəbimizi Mustafayeva Nərmin (8 sinif), Mustafayev Elvin (9 sinif), Yılmaz Rəşad ( 8 sinif), Məcidzadə Ümman (8 sinif) təmsil etmişlər. Şagirdlərimizi yarışa məktəbin idman müəllimi Həşimov Elvir və badminton üzrə komandanın məşqçisi Kərim Musayev hazırlamışdır.

Təmsilçilərimiz yarışda uğurla çıxış edərək III yerə çıxmışlar. Qaliblərimiz medal və diplomla mükafatlandırıldılar. Gənc idmançılarımızı hələ qarşıda neçə - neçə məsul yarışlar gözləyir. Şagirdlərimizə bütün sınaqlardan uğurla çıxmağı və doğma məktəbimizi ləyaqətlə təmsil etməyi arzulayırıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi