Müəllimlərlə görüş

        Məktəbimizdə ayrı – ayrı fənnlər üzrə tez - tez ustad dərsləri keçirilir. Növbəti belə görüş 15.12.2017 – ci il tarixində ingilis dili müəllimləri ilə baş tutdu. VIII – X siniflərdə metodist Lətifə xanımın iştirakı ilə dərslər keçirilmiş, mütəxəssis tərəfindən dərsin uğurlu məqamları ilə bərabər rəy və təkliflər də bildirilmişdir. Təlimə dəstək mərkəzinin ingilis dili kafedrasının metodisti Lətifə xanım pedaqoqlarla görüş zamanı yeni təlim metodları barədə məlumat vermişdir. O qeyd etdi ki, tədris zamanı hər şey sadədən mürəkkəbə doğru getməlidir.

Şagirdlərdə danışıq vərdişlərinin aşılanması müasir ingilis dili dərslərinin qarşısında dayanan əsas məsələdir. Müxtəlif vasitələrdən: informasiya resurslarından, ədəbi nümunələrdən və digər mümkün üsullardan istifadə etməklə şagirdlərdə düzgün danışıq mədəniyyətini formalaşdırmaq vacib şərt kimi vurğulandı.

Sonda görüşdə iştirak edən ingilis dili müəllimləri belə görüşlərin əhəmiyyətli və məqsədə uyğun olduğunu qeyd edərək, təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi