Kökümüzdən ayrılmayaq

        Məktəbin ingilis dili müəllimlərindən Yusifli Nigar (müəllif), Məmmədova Pərvanə (texniki dəstək) ingilis dilində hazırladığı növbəti tədbir “Remember your blood”! No past – No Future! adlanırdı. Tədbirdə iştirakçı kimi müxtəlif yaşlı şagirdlər cəlb olunmuşdu. Müxtəlif səhnəciklər, kompozisiyalar tədbirin ideyasını təbliğində xüsusi rol oynadı. Aparıcı XI sinif şagirdi Y.Nərmin çıxışları elan etdikcə şagirdlər böyük ruh yüksəkliyi ilə səhnədə yerlərini alırdılar.  Xarici ölkədə hər hansı bir Azərbaycanlının qarşılaşdığı hadisələr və bu hadisələrdə ikili yanaşma tədbirin ana xəttini  təşkil edirdi. Bir tərəfdə öz kökünə bağlı, yurd, Vətən sevgisi ilə Azərbaycanı xaricdə təmsil edənlər, Milli mədəniyyətimizi, mənəvi varlığımızı dünyada tanıtmağa çalışanlar, digər tərəfdə isə Azərbaycanlıyam – ifadəsinə xor baxanlar, milli kökümüzdən ayrı düşənlər.

VII sinif şagirdləri B.Məhəmməd, M. Pənahın iştirak etdiyi “Taksi” səhnəciyində Azərbaycan dilinin dünya dillərinə inteqrasiyasından və onun əhəmiyyətindən bəhs edildi.

X sinif şagirdləri Ə.İsrafil və S.Qələmnazın rollarını ifa etdikləri “Sərgi” adlı səhnəcikdə milli rəngkarlıq sənətimizi dünyada tanıdan mərhum T.Nərimanbəyovun adı çəkilir, incəsənətimiz təbliğ olunur.

Statistik sorğu səhnəciyində isə X sinif şagirdləri D.Kamilla və S.Leylanın şagirdlərin ifaları, maraqlı məqamları ilə yadda qaldı. Daha sonra dünya musiqisi əsasında müsabiqə təşkil olundu.

Müsabiqənin ən təsirli anı şagirdlər tərəfindən Tacir Şahmalıoğlu 10 yaşında oxuduğu “Bayatı – Şiraz” muğamının tapılması və ətraflı məlumat verilməsi oldu.

Azərbaycanın ay – ulduzlu bayrağının rənglərini təmsil edən paltar geyinmiş Y.Natavan Azərbaycan rolunda çıxış edirdi. O tez – tez səhnəyə gələrək, hamıya öyüd – nəsihət verir, öz kökümüz milli mənsubiyyətimizi unutmamağa çağırırdı. Sonda Aygün xanım Əzizova tədbir təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirərək belə tədbirlərin şagirdlərin layiqli vətəndaş kimi tərbiyəsində xüsusi rolu olduğunu qeyd etdi. Aygün xanım söylədi ki, qatıldığı beynəlxalq tədbirdə Azərbaycanımızı təmsil edən şagirdlərimizin ingilis dilində çıxışları, salonda əyləşən tamaşaçılarla dialoqları sevindirici və qururverici idi. Natiq sonda qeyd etdi ki, vətəndaşlıq tərbiyəsi orta təhsilin elə ilk pillələrindən əsası qoyulan məsələ olmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi