Açıq mikrofon

Məktəbimizdə Ulu öndərin anım tədbirləri davam etməkdədir. Belə tədbirlərdən biri VI, VII,VIII, IX sinif şagirdləri ilə keçirilən "Açıq mikrofon" idi. Əvvəlcə məktəbin direktoru A.Əzizova giriş sözü ilə çıxış edərək, böyük rəhbər H.Əliyevin həyat və fəaliyyəti barədə məlumat verərək, onun xalqımızın tarixindəki önəmli rolundan bəhs etdi.
Ayrı - Ayrı sinif şagirdləri tribunaya gələrək, dahi rəhbərin xalqımızın ən çətin məqamlarında ulu rəhbərin göstərdiyi müstəqillik, mübarizə yolundan bəhs etdilər. Müdrik rəhbər haqqında yazılmış şeir və mahnılar da tədbiri baxımlı və yaddaqalan etdi. Şagirdlərin böyük rəhbərə həsr olunmuş rəsmləri tədbir iştirakçılarının marağına səbəb oldu. Sonda direktor A.Əzizova "Açıq mikrofon"un şagirdlərdə müstəqil fikir yürütmək qabiliyyətini formalaşdırdığını və belə tədbirlərin davamlı olacağını bildirdi.