Ulu öndər Heydər Əliyevin anım günü

12/12/2017 – ci il tarixində məktəbin akt zalında ulu öndər Heydər Əliyevin anım günü qeyd edildi. Zalda H.Əliyevin həyat və fəaliyyətini əks etdirən foto şəkillərdən ibarət sərgi təşkil olunmuşdur. Tədbir himn səslənməsi ilə başlandı. Azərbaycanın əməkdar artisti Ağalar Bayramovun mərasimdə iştirakı iştirakçılara mənalı anlar yaşatdı.

Anım tədbirini giriş sözü ilə məktəbin direktoru Aygün Əzizova açaraq ulu öndərin, dövlətçiliyimizin,müstəqilliyimizin qorunması yolunda keçdiyi şərəfli mübarizə yolundan bəhs etdi. Daha sonra söz məktəbin kitabxanaçısı Səadət Cəlilovaya verildi. Məlumdur ki, bu gün böyük öndərimizin vəfatının ildönümü gününə toplaşmışıq. Lakin dahilərin doğum tarixləri olur, ölüm tarixləri olmur. Çünki onların fiziki ölümləri, mənəvi ölümsüzlüklərinə kölgə sala bilmir. Tarixdə elə şəxsiyyətlər olmuşdur ki, onların adı mənsub olduğu xalqın tarixinin müəyyən bir dövrünü əhatə etmişdir. Haqqında bəhs edəcəyimiz böyük şəxsiyyət, ictimai xadim H.Əliyev də mənsub olduğu xalqın tarixinə qızıl hərflərlə yazmış şəxsiyyətdir fikirlərilə çıxışına başladı.

8a1 sinif şagirdi Muradova Cəmilənin ifa etdiyi rəhbərə həsr olunmuş mahnı alqışlarla qarşılandı. R.Duyğunun “H.Əliyev haqqında” şeiri 8a1 sinif şagirdi Səbinə İbişovanın ifasında xüsusi bir əzəmətlə səsləndi. Böyük rəhbərin ömür yolunu işıqlandıran görüntülər sanki bütün edilən söhbətlərin danışılan faktların əyani sübutuna çevrildi.

H.Əliyevin vaxtilə xalqımızın sevimli sənətkar A.Bayramovun ifasında sevərək dinlədiyi şeirlər bu gün onun ruhuna ünvanlanmış ehtiram çiçəklərini andırırdı. Tədbirin sonunda H.Əliyevin doğum günü münasibətilə məktəbimizdə qeyd olunan “gül bayram”ından görüntülər nümayiş olundu.

Bu sonluq heç də təsadüfü deyildi, anım günü olsa da tədbir rəhbərimizin doğum gününü qeyd etdiyimiz görüntülərlə başa çatdı. Adətən anım mərasimləri qərənfillərlə müşayət olunur, biz məktəb olaraq səhnəmizi qızılgüllərlə bəzədik. Çünki ölməz bir rəhbərin, solmaz ideyalarının anım günü matəm çiçəkləri deyil insanlarda qurub – yaratmaq həvəsi oyadan qızılgüllərlə bəzənməlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi