Ən yaxşı tədqiqatçı sinif müəllimi

Məktəbimizin ibtidai sinif müəllimi İsmayılova Təranə Vahid qızı Avropa nəşr Mətbuat Evi”nin təşkil etdiyi müsabiqədə “Ən yaxşı tədqiqatçı sinif müəllim”i kimi qızıl medal, diplom və döş nişanı ilə mükafatlandırılmışdır.

Təranə xanım uzun illər göstərdiyi səmərəli pedaqoji fəaliyyəti boyunca daim axtarışda olmuş yeni təlim metodlarından istifadə edərək hər dərsi fərqli və yaddaqalan şəkildə qurmağa nail olmuşdur.

Öz bilik və bacarığını gənc müəllimlərdən əsirgəməyən Təranə müəllim kollektivin və şagirdlərin sevimlisinə çevrilmişdir. Təranə xanım məktəbin ictimai həyatında da yaxından  iştirak edir. Onun şagirdlərilə hazırladığı “Meşə kralı” nağıl – tamaşa, “Uşaq hüquqlarının təmin olunması hamının borcudur” layihəsi məktəbin yaddaqalan tədbirləri sırasındadır.

Təranə xanım çətin şərəfli işində uğurlar arzulayaraq daha böyük nailiyyətlər diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi