Bizim məktəb

Məktəb hər birimizin həyatında danılmaz rolu olan elm, təhsil məbədidir. Məktəb haqqında ilk təəssürat onun həyətindən, dəhlizindən başlayır. Bu baxımdan məktəbimiz səliqə - sahmanı  ilə fərqlənən təhsil ocaqları sırasındadır. Məktəbyanı sahədə şagirdlərin, müəllim və vaıideynlərin birgə səyi ilə salınmış zeytun bağı, dekorativ ağaclar yaxın illərdə doğma məktəbimizin yaşıllıqlarla əhatə olunacağından xəbər verir.

Məlumdur ki, məktəbimiz bazar və digər ticarət obyektlələrinə yaxın məsafədə yerləşir. Əvvəllər dörd giriş – çıxışı olan məktəbə bu fakt real təhlükə idi. Məktəb direktoru A.Əzizovanın təşəbbüsü, Nizami rayon İcra Hakimiyyətinin dəstəyi ilə əlavə giriş qapılarının bağlanması, şagirdlərin təhlükəsizliyi baxımından təqdirə layiq iş kimi valideynlər tərəfindən rəğbətlə qarşılandı.

Vaxtaşırı keçirilən iməcliklər şagirdlərdə əmək vərdişləri ilə yanaşı, təmizliyə diqqət və başqasının zəhmətinə hörmət hissi aşılayır.

Məktəbimizin təmizliyində xüsusilə gecə - gündüz bu işdə məşğul olan xadimlərimizin xüsusi rolu var. Dəhliz boyu düzülmüş pəncərələrə yaraşıq verən dibçək çiçəkləri göz oxşayır. Hər gün bu gözəlliyin qayğısına qalmaq, suvarmaq da bu sadə peşə adamlarının üzərinə düşür.

Müəllimlər, şagirdlər, texniki işçilərlə bərabər valideynlərimiz də bəhs etdiyimiz işlərdə məktəbə yaxından kömək edirlər. Təsədüfi deyildir ki, bu yaxınlarda direktor A.Əzizova tərəfindən belə valideynlərdən biri məktəbə köməyinə görə fəxri fərmanla mükafatlandırıldı. Məktəbdaxili layihələr ayrı – ayrılıqda sinif olaraq görülən müntəzəm təmizlik işləri ümumi işimizin tərkib hissəsidir. Təmiz, səliqəli məktəb, yüksək zamanın tələblərinə cavab verən təhsil uğrunda mübarizə kimi ifadələr məktəbimizin bugünki fəaliyyətinə güzgü tutur. Bir həqiqət aydındır ki, vəzifəsindən asılı olmayaraq hər kəs bu müqəddəs işə səfərbər olmalıdır. Çünki bugün ki, məktəbli sabahın qurucusudur.

İşıqlı sabahı quranları yetişdirmək isə məktəb olaraq vətəndaşlıq borcumuzdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi