Rəqqasımızın qələbəsi

       02/12/2017 – ci il tarixində məktəbimizin 9a1 sinif şagirdi Həsənov Əli Ruslan oğlu “Azərbaycan açıq rəqs kuboku – 2017” müsabiqəsində qalib olaraq fəxri  fərmanla mükafatlandırılmışdır. Bu qalibiyyət Əlinin ilk uğuru deyil, dəfələrlə Beynəlxalq müsabiqələrdə iştirak edən Əli həmişə sevindirici xəbərlərlə qayıtmışdır.

    Üzvü olduğu “Asiman” rəqs qrupunun tərkibində Gürcüstan, Bolqarıstan, Litva kimi ölkələrdə Beynəlxalq musiqi tədbirlərində xüsusi mükafatlar qazanmışdır. Musiqimizi, rəqs sənətimizi dünya miqyaslı tədbirlərdə nümayiş etdirən Əli milli mədəniyyətimizin layiqli təmsilçisi olmaqda qərarlıdır.

    Qəhrəmanlıq, igidlik, ərənlik  timsalı olan rəqslərimiz dosta qurur, düşmənə göz dağıdır. Ərənlik timsalı olan rəqslərimizi dünya səhnələrində sərgiləmək işində yeniyetmə rəqqasımıza uğur və parlaq gələcək arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi