UNEC-də bir gün” layihəsi
Bakı şəhərində yerləşən 251, 31 və 209 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri UNEC-in bir günlük tələbələri olublar. Şagirdlərə şərti tələbə biletləri təqdim edildikdən sonra onlara ixtisaslar, təqaüd və mübadilə proqramları, beynəlxalq əlaqələr barədə ətraflı məlumat verilib. Bir günlük tələbələr Maliyyə fakültəsində tədris olunan firmanın iqtisadiyyatı, gömrük işi, marketinq, maliyyə təhlili, maliyyə və menecment fənlərini dinləyiblər.
Məktəblilər universitetdə kollokviumları da müşahidə ediblər. Kollokviumdan çıxan tələbələr şagirdləri maraqlandıran sualları cavablandırıb. Gün ərzində məktəblilərin UNEC-də infoturu təşkil olunub. Onlar kitabxana, akt zalları, Radio UNEC və yeməkxana ilə tanış olublar.
UNEC-dən müsbət təəssüratlarla ayrılan məktəblilər “UNEC-də bir gün” layihəsinin onlara verdiyi imkanı yüksək qiymətləndiriblər. Gələcəkdə özlərini UNEC tələbəsi kimi görməyi arzu etdiklərini bildiriblər.
“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.