Qəhrəmanlıq zirvəsi

Qəhrəmanlıq bəşəri və ülvi bir hissdir. Qəhrəmanlıq sonradan qazanıla biləcək vərdiş deyil, qəhrəman doğulmaq gərəkdir. Fədakar, vətənpərvər, vətən – yurd sevgisini bütün şəxsi maraq və istəklərindən yüksəkdə tutan, doğru bildiyi amal uğrunda həyatından belə keçməyə hazır insanlar qəhrəmanlardırlar. Fitrətində qəhrəmanlıq olan insanları doğulub – böyüdüyü ailədə təhsil aldığı məktəbdə qazandığı vətəndaşlıq tərbiyəsi mübarizlik hissini xüsusilə alovlandırır.

Məktəblərdə müəllimlər kitabxanaçılar tərəfindən aparılan məqsədyönlü söhbətlər dediklərimizə əyani sübutdur. Məktəbin direktoru A.Əzizovanın təşəbbüsü ilə “Qəhrəmanlar unudulmur” adlı güşənin təşkili, Aprel şəhidlərinin şagirdlərdə şəhidlərimizə hörmət və ehtiram, vətənpərvərlik hisslərinin aşılanmasında əvəzsiz rol oynayır.

28.11.2017 – ci il tarixində məktəbin müxtəlif yaşlı şagirdləri ilə “Qəhrəmanlıq zirvəsi” adı söhbət də belə tədbirlər sırasındadır. Tədbiri giriş sözü ilə kitabxana müdiri S.Hüseynova açaraq, xalqımızın keçdiyi şanlı qəhrəmanlıq tarixindən, cəlb olunduğumuz ədalətsiz müharibə və onun qəhrəmanlarından danışaraq şagirdləri onlardan nümunə götürməyə çağırdı.

Şagirdlərdən Sadıqova Günəş “Bayraq”, Durmuş İdris “Bayraq”, Əliyev Qasıməli “Vətən müqəddəsdir” sözlərilə tədbirə xüsusi abu – hava gətirdilər.

Mehdizadə Zəhra (2 sinif) “Vətənpərlik”, Babayeva Ayşənin “Aprel şəhidləri” mövzusunda çıxışları gələcəyin gələcəyin qəhrəmanlarının bu günkü körpə fidanların sırasından yetişəcəyinə əminliyimizi bir daha artırdı.

Tədbirin sonunda kitabxanaçı C.Cəlilova “Qəhrəmanlıq” mövzusunun dünya və Azərbaycan ədəbiyyatında aparıcı mövzu olduğunu qeyd edərək, həmin əsərlərdən və qəhrəman obrazlardan söhbət açaraq xalqımızın zaman – zaman yetirdiyi fədailərdən və bu günümüzün bahadırlardan danışdı. Sonda iştirakçılar foyedəki “Şəhidlər guşəsi” önünə gələrək zəmanəmizin qəhrəmanlarına hörmət və ehtiramlarını bildirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi