"Ölkəmizi tanıyaq" layihəsindən xatirələr

Bildiyimiz kimi ölkə başçısı ilham Əliyevin təşəbbüsü ilə "Ölkəmizi tanıyaq" layihəsinə start verilmişdir. Artıq 4 ildir ki, bu layihə uğurla həyata keçirilir. Respublikamızın bütün bölgələrindən orta məktəb şagirdləri bu layihədə iştirak etmək, yeni yerlər kəşf etmək, dünyagörüşlərini genişləndirmək üçün can atırlar. 

Məktəbimizin 10asinif şagirdləri Cəbrayılov Cavad və Məmmədova Aysu 3 gün boyunca Lənkəran - Astara - Masallı bölgələrinə səfər etmişlər. Əvvəlcə Lənkəran şəhərində yerləşən H.Əliyevin mərkəzinə getmişlər. Həmçinin Hirkan qoruğu, Sovet İttifaqı Qəhrəmanı H.Aslanovun ev müzeyinə, Asan xidmət kompleksinə, Astara və Lənkəran şəhərlərindəki çay plantasiyalarına və s. yerlərə ziyarət etmişlər. Gənc yeniyetmələr getdikləri yerlərdən xoş təəssüratlarla ayrılmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi