"Hərəyə bir kitab" aksiyası

Hər il olduğu kimi bu tədris ilində də məktəb kitabxanasında bir birindən maraqlı tədbirlər, layihələr həyata keçirilir. Məktəbin direktoru A.Əzizovanın təşəbbüsü ilə məktəb kitabxanasında baş tutan müxtəlif layihələr sırasına daha bir əlavələr olundu. 22 noyabr 2017 - ci il tarixində kitabxanada müxtəlif yaşlı şagirdlərin iştirakını əhatə edən "Hərəyə bir kitab" adlı layihədə hər kəs kitab oxumalı, oxuduğu kitablar barədə yoldaşları ilə fikir mübadiləsi etməli, təqdimatlar hazırlamalıdır. Kitabxana müdiri S.Hüseynova və kitabxanaçı S.Cəlilovanın iştirakı ilə I - XI (az - rus) sinif şagirdlərinə layihə barədə geniş məlumat verilmiş və onlar mütaliə ediləcək bədii  ədəbiyyatla təmin olunmuşlar. 

Şagirdlər və müəllimlər bu layihəyə böyük həvəslə qoşuldular. IVa1 sinfi (s/r M. Əlirzayeva), Vr1 sinfi (s/r A.Əsgərova), VIIIasinfi (s/r  V.Almazova), Xa2 sinfi (s/r  G.Bədəlova), IIIasinfi ( s/r  T.ismayılova), VIa1 sinfi (s/r  M.Quliyeva) sözügedən tədbirdə xüsusilə fərqləndilər. IVasinif şagirdləri Qurbanov Nicat "Azərbaycan nağılları", Əhmədli Ləman S.S.Axundov "Qorxulu nağıllar", İsmayılova Nəzrin "N.Gəncəvinin əsərləri (uşaqlar üçün), Ağazadə Hüseyn "İslam peyğəmbəri", Yaqub Əliyev "C.Məmmədquluzadənin əsərləri", Qurbanova Sofya "Həzrəti Məhəmməd" haqqında hazırladıqları təqdimatlar böyük marağa səbəb oldu.

Sonda kitabxana müdiri S.Hüseynova layihə çərçivəsində tədbirlərin davam edəcəyini qeyd edərək, şagirdlərə uğurlar arzuladı.

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır (C.Bruno). Kitabxanada keçirilən bu və ya digər tədbirlər şagirdlərdə gözəl nitqi mədəniyyətinin formalaşmasına, mütaliə vərdişlərinin aşılanmasına xidmət edir.

Kitab qaytaran hər bir oxucu ilə aparılan fərdi söhbətlər, bədii və elmi ədəbiyatın təbliği məhz bu məqsədə yönəlmişdir.

Məşhur bir atalar sözündə deyildiyi kimi: "Dama - dama göl olar". Ümidvarıq ki, bu gün hər kitabdan damla - damla qazanılan biliklər sabah elm ümmanına çevriləcək və vətənimizin sabahına xidmət edəcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi