Növbəti Pedaqoji Şura keçirildi

 20 noyabr 2017 - ci il tarixində məktəbin Akt zalında Pedaqoji Şura iclası keçirildi.

Toplantı "20 noyabr vertalyot qəzası" şəhidlərinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Şuranı giriş sözü ilə məktəbin direktoru Aygün xanım Əzizova açaraq "Pedaqoji Şura"nın gündəliyində duran məsələlər barədə məlumat verdi. Gündəlik səs qoyularaq yekdilliklə qəbul edildi.

Məktəbdə keçirilən monitorinqlərin nəticələri geniş müzakirə olunaraq çatışmamazlıqlar vurğulandı. Metodbirləşmə sədrləri və nümayəndələri riyaziyyat İ.Hüseynova, ingilis dili P.Məmmədova, fizika E.Allazova, tarix G.Rəhimova, kimya E.Yolçuyeva, texnologiya B.Musayeva, fiziki tərbiyə Ağa Nağıyev, biologiya N.Həsənova, coğrafiya L.Əhmədova çıxış edərək hər fənn üzrə ayrı ayrılıqda tədris zamanı qarşıya çıxan problemlərdən və onların həlli yollarından bəhs edildi.

Daha sonra direktor müavini Ü.Nuriyeva sinif jurnallarına münasibətlə bağlı fikir və iradlarını bildirdi. Dövlət sənədi olan jurnallara laqeydliyin bağışlanmaz və yolverilməz olduğu vurğulandı. Direktor müavini L.Sadıqova KSQ ilə bağlı irad və təkliflərini bildirdi.

Təşkilatçı müavin E.Alandarova məktəbdə baş verən dəyişiklərdən bəhs edərək, görülən işlərin davam etdirilərək, qorunmasının önəmini qeyd etdi. Təsərrüfat işləri üzrə direktor müavini M.Abdullayev məktəbdə texniki baxımdan görülmüş və məktəbimizin daha gözəl, daha səliqəli, yaşıllıqlarla əhatə olunmuş bir məktəb olacağına əminliyini bildirdi. 

Sonda direktor A.Əzizova adəti üzrə övlad toyuna hazırlaşan, yenicə nəvə sahibi olan müəllimləri təbrik edərək, göz aydınlığı verdi.

İbtidai sinif müəllimi T.İsmayılova, ədəbiyyat müəllimi S.Məmmədəli müəllim uğurlu fəaliyyətlərinə, valideyn İlqar Hüseynov məktəbin işlərinə göstərdiyi köməyə görə "Fəxri Fərman"la mükafatlandırıldı.

Direktor A.Əzizova məktəbin dil ədəbiyyat müəllimi G.Bədəlovanı ad günü münasibətilə təbrik edərək, ona çiçək dəstəsi təqdim etdi. Pedaqoji Şura direktor Əzizovanın bir fikri ilə yekunlaşdı. "İlimiz keyfiyyət ilidir, heç bir sinifdə bir nəfərdə olsun oxumayan şagird olmammalıdır. Nə yolla olur olsun biz müəllimlər öz öyrətmək vəzifəmizi dərk etməli və buna əməl etməliyik.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi