Şagirdlərlə Qobustan səyahəti

Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin razılığı ilə 04.11.2017 ci il tarixində məktəbimizin 9a1 sinif şagirdləri fizika müəllimi C.Əlizadənin rəhbərliyi altında Qobustan Eksperimental Poligonu və Tədris Mərkəzinə ekskursiya təşkil ediblər. Dünyada ilk Hibrud stansiyası olan Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi 2011 ci il sentyabrın 13 – də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Ekskursiya “ Zərərsiz enerji” təmiz dünya, “Yaşıl enerji” yaşıl dünya altında keçirilib. Poliqonda şagirdlərimiz yenilənə bilən enerji növləri, bərpa olunan enerjinin əhəmiyyəti, ölkəmizin bu istiqamətdə potensialı və Dövlət Agentliyinin bu sahədə gördüyü işlər barədə məlumatlandırılmışlar. Ekskursiya zamanı şagirdlər günəş panellərinin işləməsi, prinsipləri, külək stansiyalarının növləri və texnologiyaları və ən nəhayət mərkəzdə fəaliyyət göstərən “ağıllı şəbəkə” ilə tanış olmuşlar. Şagirdlər poligonun idarəetmə mərkəzində olmuş və onları bu mərkəzin işi ilə yaxından mərkəzin növbətçisi tanış etmişdir. Mərkəzdə fəaliyyət göstərən laboratoriyalar, istifadə olunan qurğularla, təlim və tədris mərkəzləri şagirdlərin çox böyük marağına səbəb olmuşdur. Şagirdlər mərkəzdə xatirə şəkilləri çəkdirmişdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi