"Bayraq milli qürurumuzdur"

Bayraq, yurd, Vətən sevgisi hələ kiçik yaşlarımızdan oxuduğumuz kitablardan, müəllimlərimizin söhbətlərindən qətrə - qətrə yaranaraq, böyüdükcə bizimlə bərabər böyüyərək, çevrilir. Bayrağımızın rənglərui, onların daşıdığı mənalar bu bilgilər nəticəsində qazanılır. Növbəti belə söhbətlərdən biri məktəbimizin kitabxanasında baş tutdu. Müxtəlif ibtidai sinif şagirdlərinin toplaşdığı "dəyirmi masa"nın mövzusu "Bayrağımız", "Dövlətçiliyimiz" idi.Kİtabxananın müdiri S.Hüseynova, kitabxanaçı S.Cəlilova və günüuzadılmış qrup müəllimi G.Xəlilovanın təşkilatçılığı ilə şagirdlər "Dəyirmi masa"da ümummilli liderimiz H.Əliyevin əsərləri, Bayraq, Vətən, təhsil haqqında müdrik kəlamları ilə tanış oldular.Kitabxana müdiri S.Hüseynova Milli bayrağımızın keçdiyi şərəfli yoldan və onun müqəddəsliyindən bəhs edərək bayrağımızın bizim üçün sevinc və qürur mənbəyi olduğunu vurğuladı. Kitabxanaçı S.Cəlilova, Gülər müəllim Azərbaycan dövlətçiliyinin tarixi keçmişindən, bu günkü uğurlarından danışaraq, şagirdləri layiqli vətəndaş kimi yetişməyə səslədilər.Sonda şagirdlər "Bayraq" mövzusunda yazılmış şeirlər söyləyərək, bayrağımıza olan sevgilərini ifadə etdilər.