Ağacəkmə aksiyası

Məktəbimizdə 23 oktyabr tarixində start götürmüş "Ağacəkmə aksiyası" davam edir. Bu tədbir 9 noyabr "Bayraq günü"nə həsr olunmuşdur.Hər sinif bir - biri ilə yarışa girirmiş kimi müxtəlif ağac və güllər əkərək bu aksiyada daha fəal iştirak etməyə çalışır.Rəngarəng çiçəklər açmış dibçək gülləri məktəbin dəhlizinə xüsusi yaraşıq verir. Məktəb həyətində hər sinf ayrılmış xüsusi sahədə əkilmiş dekorativ ağaclar, gül kolları göz oxşayır. Belə aksiyaların təşkili gənc nəsli təbiətə yaşıllığa, ətraf mühitə diqqət və qayğı ilə yanaşmaq ruhunda tərbiyə edir. Kollektiv işlənmək bacarığı, yardım etmək kimi insani hisslər aşılayır. Hər kəs yaşadığı ünvanda, işlədiyi müəssisədə bir ğac əksə yurdumuz başdan - başa yaşıllıqlar ölkəsinə çevrilər. Ulu öndərimiz H.Əliyevin "Hərəyə bir ağac əkən" kəlamı hər kəsə yol göstərəcək nəsihətə çevrilərək, bu ümumxalq işinin nə qədər vacib olduğunun bariz nümunəsinə çevrildi.Gəlin, Cənnət bucağı adlandırılan Azərbaycanımızın hər daşına, torpağına sahib çıxa biləcək vətəndaşlar olmağa çalışaq. Bu müqəddəs torpağa sahib olmaq məsuliyyəti isə ağac əkən, gül becərən yeri gəlsə Vətən uğrunda şəhid olmağı belə gözə alacaq gənc nəslin üzərinə düşür.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi