"Şəhidlərə ehtiram"

18 oktyabr 2017 - ci il - Müstəqillik günündə direktor A.Əzizovanın rəhbərliyi ilə məktəbin bir qrup müəllim və şagirdləri Keşlə və Suraxanı qəbirstanlığında uyuyan şəhidlərimizi ziyarət etmişlər. Məktəbimizin məzunları olan Tural Dadaşov, Zakir Tağıyev qanlı aprel döyüşlərində qəhrəmanlıqla həlak olmuşlar. Ziyarət şəhidlərin ruhuna dua oxuması ilə başlandı. Daha sonra 8 a1 sinif şagirdi S.İbişova M.Arazın "Azərbaycan dünyam mənim", C.Muradova isə "Şəhidlər" şeirini ifa etdilər. 4 a1 sinif şagirdi Quliyev Ramin "Bayraq" şeirini söyləyərək, əlindəki bayrağı şəhidin məzarı üzərinə sərdi. Şəhidləri ziyarət edənlər arasında Nizami rayon İcra Hakimiyyətinin, YAP Nizami rayon təşkilatının nümayəndələri, mərhumun yaxınları iştirak edirdilər. Şəhidlər and yerimiz, əbədi ziyarətgahımızdırlar. Onlar təkcə əlamətdar günlərdə deyil, hər gün anılmalı, hər gün keçdikləri qəhrəmanlıq yolu gənc nəslə nümunə olmalıdı. Bəli, Aprel döyüşləri bir daha düşmənə xalqımızın döyüş əzmini, qəhrəmanlıq ruhunu nümayiş etdirdi. Bu gün şəhid məzarlarını ziyarət edən hər şagird şəhidlərin al - qanları ilə yazdıqları qəhrəmanlıq dastanını zaman - zaman vərəqləyəcək, onların cəsarət və igidlik yolunun davamçıları olacaqlar.