Ümümdünya Poçt günü

Ölkəmizdə poçt rabitəsinin yaradılmasından 199 il ötür.Bəşər övladı qədim zamanlardan bəri informasiya mübadiləsinə, məlumatların məsafədən-məsafəyə ötürülməsinə daim ehtiyac duyub.İnformasiyanı ötürmək üçün insanlar qədimdə tonqallardan, qasidlərdən, öyrədilmiş xüsusi göyərçinlərdən və digər vasitələrdən istifadə ediblər.Azərbaycanda da yazılı məlumatların qasidlər vasitəsi ilə ötürülməsi qədim zamanlardan bəri mövcud olub. Lakin poçt rabitəsinin nizamlı dövrü 1501-ci ilə təsadüf edir.Müasir formada poçt isə XIX əsrin 1-ci qərinəsində bərqərar olur. Beləliklə, 1818-ci ilin iyun ayının 1-də Azərbaycan ərazisində ilk poçt rabitəsi yaradılır.Bəli, bu gün ölkəmizdə poçt rabitəsinin yaradılmasından 199 il ötür. İlk poçt kontoru Respublikanın ikinci böyük şəhəri sayılan Gəncədə açılır. Daha sonra Bakıda və Naxçıvanda poçt ekspedisiyaları təşkil edilir. Bu gün isə “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti milli poçt operatoru kimi ölkənin bütün ərazisində ən geniş xidmət şəbəkəsinə malikdir. Respublika üzrə poçt filial və şöbələrində əhalinin bütün təbəqələrinə münasib qiymətlərlə ənənəvi və qeyri-ənənəvi poçt, maliyyə xidmətləri göstərilir. Bü gün Poçt işçiləinin peşə bayramıdır!Mektebimizin 3A3 sinfinde oxuyan şagirdləri bu gunkü özel gündə Azərbaycan əsgərlərinə məktub yazaraq Poçt məntəqələrinə getmiş ,onlarin peşə bayramlarini tebrik etmişdilər.Bu hadisə şagirdləri çox sevindirdi ve onlarin poçt haqqında etraflı melumata yiyelenmelerine sebeb oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi