Müəllimlər Gününüz Mübarək

Müəllimlər günü 5 oktyabr təqvimdə qeyd edilən peşə bayramlarından biridir. Hər peşə bayramı müəyyən sahənin işçiləri üçün əlamətdar olur. Müəlllim günü isə əlinə qələm almağı Ana - VƏtən sözünü yazmağı bacaran hər kəsin bayramıdır. Hər birimiz neçə neçə müəllimin tükənməz səbrinin, sonsuz zəhmətinin bəhrəsiyik. Elə bir insan tapılmaz ki, məktəbə getdiyi ilk günü, elmin, həyatın yollarına mayak kimi işıq salan müəllimlərini xatırlamasın. Deyirlər iki müqəddəs peşə var: biri müəllim, biri həkim, lakin həkimləri belə müəllimin yetişdirdiyini nəzərə alsaq, şərəf məqamında müəllim adının, müəllim peşəsinin daha əzəmətlə səsləndiyini görərik.Mənə bir kələm öyrədənə ömrüm boyu qul olaram – deyən imam Əlinin sözləri əsrlərin rüzgarlarına sinə gərərək, zəmanəmizdə belə müəllim adına söylənilmiş ən dəyərli fikir kimi səslənir. Özünü şam kimi əridərək qarşısındakı körpə fidanları qaranlıq yollarını işıqlandıran, həyatı, dünyanı dərk etməyə çağıran müqəddəs bir ömür – müəllim ömrü. Bu ömrü ləyaqətlə yaşamaq isə tükənməz səbrin, dözümün sınağından keçərək, öyrətmək istəyini bütün istəklərdən yüksəkdə tutanların alın yazısıdır.Əziz müəllimlər sizi, sizin timsalınızda bütün Respublika müəllimlərini peşə bayramınız münasibətilə ilə səmimi qəlbdən təbrik edirəm. Sizə can sağlığının müşayət etdiyi uzun ömür, ailə səadəti, övlad qədər əziz olan şagirdlərinizin uğurlarını arzulayıram, çünki bu uğur sizin uğurunuzdur. Əziz müəllimlər sizə tanrı əmanəti tək verilmiş müəllim ləyaqətini şərəflə qorumağı və onu gələcək nəslə bir ərməğan kimi ötürməyi arzulayıram.Müdiriyyət.