"Bir kitabın təqdimatı" müsabiqəsinə start verdik

Şagirdlərdə mütaliə vərdişlərini formalaşdırmaq və daha da artırmaq məqsədilə məktəbimizdə növbəti "Bir kitabın təqdimatı" müsabiqəsinə start verilmişdir. Müsabiqə I - XI sinif (az - rus bölmə) arasında keçiriləcəkdir. İlk mərhələdə hər sinfə təqdim olunan 10 kitab əsasında şagirdlər tərəfində\n hazırlanan təqdimatlardan ən layiqlisi komissiya tərəfindən seçilərək, eyni siniflərin müsabiqəsinə buraxılacaq. Eyni siniflər arasından seçilən şagirdlər ümumməktəb müsabiqəsində iştirak etmək hüququ qazanacaqlar. Bir ay ərzində şagirdlər istədikləri kitabı mütaliə edərək, onun haqqında təqdimat hazırlamalıdırlar. Hələ vaxtilə Frensis Bekon yazırdı: "Mütaliə insanları bilikli, söhbətcil və hazırcavab edir. Əziz şagirdlər gəlin bu nadir sərvətdən, mütaliədən bəhrələnməyə çalışaq. Bütün şagirdləri ən sadiq dostumuz olan kitaba bir az da yaxın olmağa və bu əhəmiyyətli müsabiqədə qalib olmağa çağırırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi