Bilik günümüz mübarək

15 sentyabr Bilik günü bu gün Respublikamızın hər yerində olduğu kimi bizim məktəbdə də xüsusi təntənə ilə qeyd edilir. Xüsusi şarlarla gül çiçəklərlə bəzədilmiş məktəb həyətində şagirdlərin, müəllimlərin, valideynlərin şən gülüşləri təbrik nidaları bir – birinə qarışmışdı. Nəhayət himn səslənməsi ilə tədbir başlayır.Məktəbin direktoru A.Əzizova şagirdləri, müəllim və valideynləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzuladı. Məktəbimizin şagirdlərinə Respublikamızın adını daim uca tutmağa layiqli vətəndaş kimi yetişməyə səslədi.Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi Vaqif müəllim şagird və müəllim kollektivini yeni dərs ili münasibətilə təbrik edərək, uğurlar arzuladı. Hal – hazırda fizika fənnini tədris edən Telli xanım Həşimovanın çıxışları tədbirin yaddaqalan, təsirli çıxışları sırasında idi. Pedaqoji kollektivə yeni daxil olan gənc müəllimlərin andiçmə mərasimi iştirakçıların alqışları ilə müşayiət olundu. Məktəbin fiziki tərbiyə müəllimi Ağa müəllim adının müqəddəsliyindən, elmin, təhsilin önəmindən bəhs etdi. Məktəb həyətindən havaya uçurulan bayrağımızın rənglərini təmsil edən şarlar iştirakçılarda xoş təəsürat yaratdı.Nəhayət gözlənilən həyəcanlı an gəlib çatdı. Yeni dərs ilinin ilk zəngi səsləndi. Kimlər üçün birinci, kimlər üçün sonuncu zəng səsləndi. Bəli şagirdlərin hay – küylü səsi üçün qəribsəmiş məktəb divarları yenidən şagirdləri öz doğma qoynuna aldı.Qarşıda çətin, məsuliyyətli, şərəfli bir yol dayanır. Bu yolu layiqincə başa vurmaq üçün isə dözüm, səbr, biliklərə dərindən yiyələnmək istəyi tələb olunur.Bu məqamda zəmanəmizin böyük şairi B.Vahabzadənin məşhur misraları yerinə düşür “Elə başlayaq ki, birinci gündən peşman olmayaq sonuncu gündə”
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi