Pedaqoji işçilərlərin hesabat iclası

23.06.2017 – ci il tarixində Akt zalında məktəbin 2016/2017 – ci tədris ilinin yekunları barədə hesabat xarakterli iclası keçirilmişdir. İclasda məktəbin direktoru Aygün xanım, müavinlərdən G.Şəhla, N.Ülviyyə, A.Elmira, A.Mühasir və pedaqoji kollektiv iştirak edirdi. İclası giriş sözü ilə açan məktəbin direktoru A.Əzizova ötən tədris ilində əldə olunmuş nailiyyətlərlə yanaşı nöqsanlardan da bəhs etdi.Daha sonra IX – XI siniflərdə keçirilmiş buraxılış imtahanlarının nəticələri müzakirə edildi. Aygün xanım şəxsi iş və sinif jurnallarına baxışla bağlı öz fikir, mülahizələri, təklif və iradlarını bildirdi.Direktor dövlət sənədi olan sinif jurnallarına xüsusi yanaşma təmin olunmalıdır, fikrini xüsusilə vurğuladı.Tədris ilinin sonunda vacib, əhəmiyyətli işlərdən biri də kitabxanada dərsliklərin yığılmasıdır.Bu baxımdan kitabxana müdiri Samirə xanım Hüseynovanın hesabatı xüsusi əhəmiyyət kəsb edirdi. Kitabxana müdiri əvvəlcə direktor A.Əzizovaya kitabxanaçıların işinə diqqət və qayğının təzahürü olan fəxri fərmanlarla təltifə görə minnətdarlığını bildirdi.Çıxışda kitabların qaytarılmasında xüsusi fəallıq göstərək sinif rəhbərləri ilə yanaşı bu məsləyə laqeyd münasibət göstərənlərin olduğuda açıqlandı.Ümumilikdə dərslik yığımının uğurla başa çatdırıldığı qeyd edirdi. Daha sonra məktəb həmkarlar təşkilatının sədri Q.Alıxan müəllim dərs bölgüsü zaman ədalət prinsipinə əməl olunduğu və bu bölgünün ümumi işimizin uğurlu yekunu üçün zəmin olduğu diqqətə çatdırıldı.Sonda söz məktəbin təsərrüfat işləri üzrə direktor müavini A.Mühasir müəllim məktəbin təsərrüfat baxımından səliqə - sahmana salındığını, sinif otaqlarının qaydasında təhvil verildiyi bildirdi.Yekun toplantısı səmimi dostluq və yoldaş şəraitində davam etdi. Övlad toyu gözləyənləri, nənə - baba olanları təbrik edərək sevinc və şadlıqlarına qoşulduğunu ifadə edən Aygün xanım itkisi olanların kədərinə üzüldüyünü bildirdi. Hər kəsə xoş və səmərəli istirahət arzlayan Aygün xanım bizi gözləyən şərəfli və çətin işlərimizin həllində kollektivin birgə fəaliyyətinə ümidvar olduğunu vurğulayaraq toplanrını yekunlaşdırdı.Bəli dəyişikliklərlə, yeniliklərlə, uğur və çatışmamazlıqlariyla yadda qalan daha bir tədris ilini arxada qoyduq. Qarşıda isə bizi çətin, məsuliyyətli, daha məhsuldar olmasını gözlədiyimiz yeni tədris ili gözləyir.