Şirvanşahlar sarayına və Qız Qalasına ekskursiya

1ç və 2c sinif şagirdləri bu gün tarixmizin yaddaşı, İçərişəhərin baş tacı olan Şirvanşahlar sarayına və Qız Qalasına ekskursiyaya getmişdir. Burada uşaqlar keçmişimiz haqqında zəngin biliyə malik oldular. XV əsrdə Şirvan hökmdarı I Xəlilullah tərəfindən ucaldılan sarayı şagirdlər ziyarət etdilər. Burada şagirdlər 52 otaqlı saray binası, divanxana, alim Seyid Yəhya Bakuvinin türbəsi, gözəl memarlıq elementləri ilə diqqəti cəlb edən minarəli məscid, şahın ailəsinin dəfn olunduğu türbə qədim saray hamam ilə, yeraltı su anbarları ilə tanış oldular. Sinif rəhbərləri T. Muxtarova və H.Gülnarə şagirdlərə bildirdi ki, bu qədim abidə Azərbaycanın əzəmətindən xəbər verir. Sinif rəhbəri daş kitabələri göstərərək bildirdi ki, bu daş kitabələr zahirən dilsiz olsa da, mövcud durumu ilə bizlərə çox şey söyləyir. Tarixinini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar.