"Milli Qurtuluş Günü"

13.06.2017 – ci il məktəbimizin Akt zalında müəllim və şagirdlərin iştirakı ilə “15 iyun Qurtuluş Günü”nə həsr olunmuş toplantı keçirilmişdir. Ilk olaraq məktəbin direktoru Aygün xanım Əzizova tədbiri açıq elan edərək öz çıxışına başladı. Daha sonra tarix müəllimi Əzizova Xuraman öz çıxışı ilə davam elədi. O, “Milli Qurtuluş Günü”nü Azərbaycan Respublikasının rəsmi bayramlarından biri olduğunu qeyd edərək bu günün vacibliyi haqqında danışdı. 1993 – cü il H.Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıtdı. Iyunun 15 – də H.Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü” kimi daxil oldu.Tarix müəllimi Rəhimova Gülnarə rus bölməsində təhsil alan şagirdlərə bu haqda ətraflı məlumat verərək dedi: “Milli Qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etmişdir.”Son olaraq məktəbin direktoru Aygün xanım Əzizova “Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 iyun – Milli Qurtuluş Günü”nü hər il yüksək əhval – ruhiyyə ilə qeyd edir” – deyə çıxışını sonlandırmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi