Məktəbdə Pedaqoji şura keçirildi

10.06.2017 – tarixində məktəbin “Akt zal”ında “Pedaqoji şura” iclası keçirilmişdir. Iclasa məktəbin direktoru A.Əzizovanın çıxışı ilə başladı.Direktor iclasın gündəliyi ilə bağlı məlumat verdi. Ilk məsələ buraxılış imtahanları ilə bağlı oldu. Il boyu müvəffəq qiymət almış IX – XI sinif şagirdlərinin buraxılış imtahanlarına buraxılacağı qeyd olundu. BSQ və yekun qiymətləndirmənin nəticələri müzakirə olundu. Direktor A.Əzizova siniflərin ənənəvi indekslərinin dəyişdirilməsi ilə bağlı təklif etdi. Təklif yekdilliklə qəbul edildi. Növbəti məsələ şagirdlərin vahid formaya keçməsi ilə bağlı oldu. Elektron lövhəyə keçidlə bağlı olaraq müəllimlərə yay tətili zamanı kompyuter biliklərinin öyrənilməsi tapşırıldı.Aygün xanım Əzizova dərs ilinin sona çatması ilə əlaqədar olaraq, kitabxanaçılara dərsliklərin yığımına başlaması ilə bağlı tapşırıq verdi.Məktəb müəllimlərindən bir qrupu: Əzizova Xuraman, Balayeva Mətanət, Həsənli Raisə, Seyidli N., Qarayeva Zərəngiz, Həşimova Telli, Qasımov Alıxan, Qəhrəmanova Füruzə, Bədəlova Gülnarə, Mansurova Tamila, Quliyeva Məftunə, Səfərova Günel, Almazova Vəfa, Qurbanov Rəşad il ərzində uğurlu fəaliyyətlərinə görə müxtəlif nominasiyalarda fəxri fərman, Nağıyeva Yeganə, Nuriyeva Gülmira, Məhərrəmova Günel, Dünyamalıyeva Məlahət sertifikatla mükafatlandırıldılar.Metodbirləşmə sədrlərinə metodbirləşmə planı və dərs bölgüsü hesabatlarının verilməsi nəzərdə tutulsun. Hər müəllim hər sinifin hesabatını təqdim etməlidir. Direktor A.Əzizova xüsusilə vurğuladı ki, ötən dərs ili nizam – intizam ili, yeni dərs ili isə təhsildə keyfiyyət ili olacaq. Məktəbin təsərrüfat işləri üzrə direktor müavini Mühasir Abdullayev məktəb və siniflərin məktəbdə keçiriləcək buraxılış imtahanlarına ciddi hazırlanmasını diqqətə çatdırdı. Siniflərdə əlavə əşyalar yığışdırılaraq imtahana hazır vəziyyətə gətirilməlidir.Tədris işləri üzrə direktor müavini Ülviyyə Nuriyeva jurnalların vəziyyəti ilə bağlı məlumat verdi. Jurnalların səliqəli şəkildə təhvil verilməni xüsusi ilə qeyd etdi.Direktor A.Əzizova bu ilki boşluqların gələn tədris ilində yol verilməz olduğunu iştirakçıların diqqətinə çatdırdı.Müavin Şəhla Gözəlbəyli BSQ – lər, şəxsi işlər barədə danışdı. Hər bir şəxsi işin psixoloq N.Tağıyeva tərəfindən yoxlanılacağını bildirdi. Direktor A.Əzizova qarşıda dayanan cari məsələ “Son zəng” tədbiri və bu tədbirlə bağlı cənab nazirin əmrini açıqladı. Yüksək səviyyədə hazırlanmış tədbirdən bəhs edən natiq bütün müəllimlərin iştirakının vacibliyini vurğuladı.Sonda il boyu müvəffəq qiymət almış şagirdlərin IX – XI sinif şagirdlərini buraxılış imtahanına buraxılacağını, digər sinif şagirdlərinin növbəti sinfə keçəcəyini qeyd etdi.Iclasda qeyd edildi ki, məktəb nizam – intizamınını pozan, davamiyyəti olmayan şagirdlərin sinifdə saxlanılması qərara alındı.Sonda A.Əzizova tərəfindən BSQ – lərin keçirilməsinə nəzarət edən komissiyanın yaradılması təklif edildi. Təklif iştirakçılar tərəfindən yekdilliklə qəbul edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi