Məktəbimiz Sərhədçi İdman Olimpiya Mərkəzində

03.06.2017 tarixində Sərhədçi İdman Olimpiya Mərkəzində badmintonçuların final yarışı oldu. Yarışda Nizami rayonu ilə bərabər Xətai rayonu, Nərimanov rayonu, Suraxanı rayonu, Səbail rayonu, Qaradağ rayonu, Pirallahı adası, Nəsimi rayonu iştirak edirdilər. Badminton yarışında biz Suraxanı rayonu ilə qarşılaşdıq. Yarış məğlubiyyətlə başa çatsada, oyunçularımız ruhdan düşmədilər, bundan sonra daha da yaxşı nəticələr göstərəcəklərinə söz verdilər.