"1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü"nə həsr olunmuş tədbir

1950 – ci ildə BMT Baş Assambleyasında “1 iyun Uşaqları Beynəlxalq müdafiə” gününün qeyd olunması qərara alınıb.O vaxtdan bəri dünyanın müxtəlif guşələrində irqindən, milliyyətindən asılı olmayaraq bütün uşaqlar bu günü bayram kimi qeyd edir. 1 iyun 2017 – ci il tarixində məktəbimizin “Akt zal”ında keçirilən möhtəşəm tədbirlə biz də dünyanın gül qoxulu, körpə nəfəsli bayramına qoşularaq, şagirdlərimizin sevincinə şərik olduq.Məktəbin 3ç və 4a sinif rəhbərləri S.Qurbanova və K. Məmmədovanın təşkilatçılığı isə baş tutan tədbirdə əsl bayram əhval – ruhiyyəsi hiss olunmaqda idi. Bahar çiçəkləri tək al - əlvan geyinmiş şagirdlər səhnəyə xüsusi yaraşıq verirdilər.Avropa liseyinin direktor müavini Əliyarzadə Rahilə, 302 № - li məktəbin direktoru S.Rzayeva, 72 № - li məktəbin direktor müavini Svetlana, 25 № - li məktəbin direktor müavini R.Novruzova tədbirimizin qonaqları sırasında idilər. Tədbir dövlətimizin uşaqlara olan diqqət və qayğısını əks etdirən slaydların nümayişi ilə başladı.Uşaq gününə, Azərbaycanımıza həsr olunmuş şeirlər söyləyən şagirdlər izləyənlərdə xoş ovqat yaratdı. Dərsdən yayınaraq, işləməyə məcbur edilən uşaqlardan bəhs edilən səhnəcik maraqlı olduğu qədər həm də düşündürücü idi.Mən də oxumaq istəyirəm: - deyən uşağın səsindəki etiraz cəmiyyətdəki bu cür nöqsanlara qarşı yönəlmiş mesaj kimi səsləndi.Məşhur “Əsgər marşı”nın sədaları altında “hərbi and” içərək, bayrağımızı öpən oğlanlar gələcəyin Mübarizlərindən xəbər verirdilər.Tədbirin yaddaqalan məqamlarından biri də “keçmişə səyahət” adlı kompozisiya idi. Sehirli xalatın köməyilə keçmişə qayıdan şagirdlərimiz özlərini şah sarayında rəqs məclisində gördülər. Müxtəlif xalqların rəqslərini ustalıqla ifa etdilər. Hind, Ukrayna, İspan, Türk, Azərbaycan, Özbək rəqsləri alqışlarla qarşılandı.Şagirdlərin xorla oxuduqları “Sülh” mahnısı dinləyənlərə duyğulu anlar yaşatdı.3ç sinfindən C.Əhmədzadə, N.Məmmədova, İ.Abidzadə, S.Mirzəyev, F.Umudlu, H. Şatırova, 4a sinfindən O.İbadov, H.Hüseynli, F.Məmmədli, A.Məmmədli, H.Məmmədov tədbirin ən fəal iştirakçıları idilər.Sonda H.Əliyevin uşaqlara ünvanlanmış arzuları gələcəyə yol göstərən böyük öndərimizin sələflərinə nəsihəti kimi səsləndi. Nəhayət şagirdlər tədbirin başa çatdığını elan edərək, direktor A.Əzizovanı və qonaqları səhnəyə dəvət etdilər.Direktorumuz Aygün xanım uşaqları səmimi qəlbdən təbrik edərək, təşkilatçı müəllimlərə yüksək səviyyəli tədbir hazırladıqları üçün öz təşəkkürünü bildirdi. Digər məktəblərin nümayəndələri olan qonaqlarımız tədbir haqqında gözəl fikirlər söyləyərək, şagirdlərin peşəkarcasına çıxışlarından heyrətləndiklərini bildirdilər. Xüsusilə 302 № - li məktəbin direktoru S.Rzayevanın uşaqlarla bağlı söylədiyi şeir sanki tədbirin yekunu kimi səsləndi.Tədbirin təşkilatçı müəllimləri S.Qurbanova və K.Məmmədova məktəb müdriyyəti tərəfindən “Fəxri fərman”la mükafatlandırıldılar. Sonda A.Əzizova uzun zaman unudulmayacaq bir fikir söylədi: “Gəlin uşaqları təkcə bu gün deyil, həmişə müdafiə edək”Bəli uşaqlar bizim gələcəyimizdir. Gəlin onlardan bir parlaq günəşi, bir buludsuz səmanı, bir də ata – ana nəvazişini əsirgəməyək. Qoy heç bir körpənin mas – mavi dünyasını barıt qoxusu, mərmi dumanı qaraltmasın. Məşhur bir mahnıda deyildiyi kimi: “Sülhə gəlin ey insanlar, yoxsa dünya məhv olar”
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi