Babayeva Fəxriyyə xanımın "Açıq Dərs"i

1 iyun 2017 - ci il tarixində məktəbin ibtidai sinif müəllimi Babayeva Fəxriyyə 2d sinfində riyaziyyat fənnindən açıq dərsi oldu. Dərsdə uşaqlar mövzuya uyğun olaraq nağıl qəhrəmanları Geraskin və Perestupkn ilə birlikdə "Tənbəllər ölkəsinə" səyahət etdilər.Bütün dərsboyu uşaqlar səylə işlədilər: tapmacalar tapdılar, krasvordlar həll etdilər, məsələ və misallar qurdular və s.Bununla onlar riyaziyyatı yaxşı qavradığını göstərdilər. Həmçinin onlar oxuduqları materialı cədvəl şəklində müəliməyə təqdim etdilər (barqraf, piktoqramma, koordinatlı, setka).Dərsin sonunda şagirdlər "Tənbəllər ölkəsinə səyahət" nağılından səhnə göstərdilər. Əsədzadə Rəsul (Viti rolunda), Orucova Banu (vergül rolunda), Rəşidov Amid (nağıl söyləyən rolunda)Dərsdə komandaların kapitanları fəal iştirak edirdilər. Onlar bunlardı: Vahabov Məhəmməd, Əhmədzadə Ayxan, Səfərov Cəbrayıl, Orucova Banu.Şagirdlərdən hər biri komandası üçün deviz hazırlamış və işin öhdəsindən müvəffəqiyyətlə gəldilər.Açıq dərsdə məktəbin direktoru Aygün xanım Əzizova və ibtidai sinif müəllimləri iştirak edirdilər. Aygün xanım dərsin yüksək səviyyədə keçirildiyini qeyd etdi. Sonda Aygün xanım Fəxriyyə xanımı məktəbin fəaliyyətində, gözəl müəllim olduğuna görə fəxri fərmanla təltif etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi