Muxtarova Təranə xanımın "Açıq Dərs"i

Məktəbin İbtidai siniflər üzrə metodbirləşmə rəhbəri və İbtidai sinif müəllimi Təranə Muxtarova 2 c sinfində 1 iyun 2017 –ci il tarixində Azərbaycan dili fənnindən “Açıq dərs “dərs keçmişdir.İnteraktiv tədris metodlarının tətbiqi ilə təşkil olunan məşğələdə məktəb in direktoru Aygün Xanım,direktor müavini Elmira xanım,Metodbirləşmə rəhbəri Samirə xanım,Nigar xanım,Qərənfil xanım,Vəfa xanım,Yeganə xanım,Gülnarə xanım iştirak etmişdilər.Dərs Prometan interaktiv lövhənin vasitəsi ilə qurulmuşdu.Slaydların,motivasiyanın,tədqiqat sualının düzgün və rəngarəng qurulması şagirdlərin dərsə marağını daha da artırmışdı.Təranə müəllimənin fikrincə dərsin motivasiya mərhələsini keçmədən dərsə başlayan müəllim dəmiri qızdırmamış döyən dəmirçiyə bənzəyir.Dərs zamanı şagirdlər tədqiqat aparmaq üçün qruplara bölündülər.Qruplara bölünmə mövzuya uyğun formada təşkil olundu.Qrupların bir birini çiçəklərlə və smayliklərlə qiymətləndirməsi şagirdlərə xoş təsir bağışladı.Dərsin 1 iyuna təsadüf etməsi ilə əlaqədar olaraq şagirdlər idman dəqiqəsində “Uşaqlar sevinsin həmişə” mahnısını oxuyaraq rəqs etdilər.Dərs zamanı “Personajlar” qrupunun çıxışı daha yadda qalan oldu.4 dəqiqəlik Breyn rinqin keçirilməsi dərsi daha maraqlı və yadda qalan etdi. Dərsin sonunda məktəbin direktoru Aygün xanım Əzizova çıxış edərək Təranə müəlliməyə yüksək səviyyədə kreativ bir dərs nümayiş etdirdiyinə görə təşəkkür etmiş və Fəxri fərmanla təltif etmişdir.Direktor müavini Elmira xanım da xoş sözlərini müəlliməyə və uşaqlara Çatdırdı.Sonda Təranə müəllimə bu gün qızıl vaxtlarını ayırıb bu dərsdə iştirak edən məktəb direktoruna və müəllimlərə dərin təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi