Əlirzayeva Məlahət müəllimin "Açıq dərs"i

Məktəbin ibtidai sinif müəllimi Əlirzayeva Məlahət 3a sinfində 26.05.2017 tarixində Azərbaycan dili fənnindən “Açıq dərs” keçmişdir. Dərsin mövzusu: “Yallı rəqsi” idi. Motivasiyada “Yallı rəqsi” ilə bağlı slaydlar təqdim olundu. Eyni zamanda şagirdlər “Yallı” rəqsini ifa etdilər.5 qrupda birləşən şagirdlər “Yallı”, “Tənzərə”, “Köçəri”, “Mərcanlar”, “Urfani” adları altında müəllimin tapşırıqlarını yerinə yetirdilər.Azərbaycan dili fənni riyaziyyat, musiqi fənlərinə inteqrasiya olundu.Ev tapşırığı olaraq şagirdlərə 1. 5 yaxınmənalı sözləri olan cümlə yazmaq 2. “Yallı” rəqsinə esse yazmaq, “Şərur yallısı”ni öyrənmək tapşırıldı.3. Qiymətləndirmə zamanı göstərdikləri fəallığa görə bütün qruplar əla qiymətləndirildi.Müşahidəçi müəllimlər və məktəbin direktoru dərsdən razı qaldıqlarını bildirdilər. Direktor A.Əzizova İnteraktiv lövhənin bütün imkanlarından geniş istifadə olunduğunu xüsusi vurğulamışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi