“1 iyun Uşaqların Beynəlxalq müdafiə günü”

Bütün dünyanın diqqətində olan “1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günü” məktəbimizdə də qeyd olunmaqdadır. Məktəb foyesində bu gün münasibətilə biologiya müəllimi G.Abbasovanın rəhbərliyi ilə hazırlanmış fotostend, şahmat yarışları, sərgilər və ibtidai sinif müəlimləri S.Qurbanovanın, K.Məmmədovanın, İ.Cavadovanın şagirdləri ilə birgə hazırladıqları böyük tədbir dediklərimizin ifadəsidir.Uşaqların müdafiə günündə psixoloq T.Nübar xanımın təşkilatçılığı ilə siniflərin dəhlizə açılan qapıları şarlar və güllərlə bəzədiləcək. Hər bir sinfin şagirdləri digər məktəb yoldaşlarına kiçik səbətlərdə konfet paylayaraq, bu günü özlərinə məxsus şəkildə edəcəklər."1 iyun Uşaqların Müdafiə Günü"ndə məktəbin Akt zalında baş tutacaq tədbirə hər kəs dəvətlidir. Həmin gün biz körpə fidanlarımızın çıxışlarına tamaşa edərək, uşaqları müdafiə edək – deyən, dünyanın səsinə səs verəcəyik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi