28 May Respublika bayramımız mübarək olsun

28 may Azərbaycan tarixinə istiqlal günü kimi yazıldı.Respublika günü 1918 - ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990 - cı ildən Respublika günü dövlət bayramı kimi qeyd olunur. M.Ə.Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. 1918 - ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilmişdir.Azərbaycan Demokratik Respublika gərgin və mürəkkəb ictimai - siyasi şəraitdə cəmi 23 ay fəaliyyət götərə bildi. 1991 - ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müstəqilliyi yenidən bərpa olunub. O zamandan bir kərə yüksələn bayraq bir daha enməz nidası hər bir Azərbaycanlının fəxr və qürur ifadəsinə çevrildi. Bu tarixi gün hər il ümumrespublika səviyyəsində qeyd edilir.Məktəbimiz də bu möhtəşəm tədbirdən kənarda qalmır. İbtidai sinif müəllimi Təranə Muxtarovanın 2c sinfində baş tutan tədbiri də bu qəbildəndir. Təranə xanımın milli ruhda bəzədilmiş sinfi görənlərdə vətənpərlik hissi oyadırdı. Şagirdlər sinif müəllimi Təranə Muxtarova, hərbi müəllimi Orucov Hüseyn müəllimlə birgə Azərbaycan himnini oxudular. Daha sonra uşaqlar biri - birindən gözəl və maraqlı əl işlərini nümayiş etdirdilər.