"Engineering For Kids"

Məşhur Amerika təhsil markası Engineering For Kids təhsil mütəxəssisi Dori Robertsin ideyasıdır. Geniş riyaziyyat və texnologiya biliyinə malik olmaqla Roberts Amerikada orta məktəbin 11-ci sinif şagirdləri üçün mühəndislik fənni tədris etmişdi. Müəllimlik karyerası ərzində o, riyaziyyat, elm və mühəndislik proqramlarına böyük ehtiyac olduğunu müşahidə etmiş və bunun üçün dərsdən sonra düşərgələr təşkil edərək bu proqramın dünyaca məşhur təhsil markası olmasına nail olmuşdur. Hazırda bu proqram 21 ölkə olmaqla 145 mərkəzdə fəaliyyət göstərir və 30-dan çox rəsmi franşizası vardır. Biz 4-14 yaşlı uşaqlar üçün məktəbdən sonra proqramlar, düşərgələr, master classlar, həftə içi və həftə sonu dərslər vasitəsi ilə elmi, texnologiyanı, mühəndisliyi və riyaziyyatı (STEM) əyləncəli və həvəsləndirici şəkildə öyrədirik. STEM təhsil metodu tələbələrə dörd spesifik sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. STEM kurrikulumu fənlərarası, praktik və tətbiqi dəsrlərdən ibarətdir. STEM dörd fərqli fənni real həyatda tətbiq olunan formada və vahid paradiqma kimi öyrədir. 26.05.2017 tarixində bizim məktəb bu layihədə iştirak etdi.Uşaqlar həmin unudulmaz gün yaşadılar. Şagirdlərimizdən Qayibov David, Ələsgərova Nesrin, Muradlı Tural öz fəallıqlarını göstərdilər. STEM uşaqlarımızın yaşayacağı texnoloji dövrdə ən yaxşı karyera imkanı və müdrik qərarlar üçün açardır.