Xəlilova Könül müəllimin "Açıq Dərs"i

26 may 2017 – ci il tarixində məktəbin ibtidai sinif müəllimi K.Xəlilova 4c sinfində “Açıq dərs” keçmişdir. Həyat bilgisi fənnindən keçirilən mövzu: “Müharibə və sülh” adlanırdı. Dərsdə mövzuya uyğun slaydlar təqdim olundu. Dərs kurikulum qaydalarına uyğun şəkildə təşkil olunmuşdu. “Sülh”, “Bərabərlik”, “Əminamanlıq”, “Birlik” qrupları “Ananın səsi” adllı sülh arzulu mahnının sədaları altında müəllimin verdiyi tapşırıqları yerinə yetirdilər.Şagirdlərin mövzunu əks etdirən əl işləri dərsin diqqətəlayiq görüntülərindən idi.Həyat bilgisinin “musiqi”, “rəsm”, “texnologiya”, “ana dili” fənləri ilə inteqrasiyası maraqlı və uğurlu alındı.Dərsdə müşahidəçi məktəbin direktoru A.Əzizova, müəllimlərdən informatika müəllimi N.Feyzullayeva, direktor müavini E.Alandarova iştirak edirdilər.Ev tapşırığından sonra müəllim yekun qiymətləndirmə apardı.Vaxtında və düzgün cavablar hazırlayan bütün qruplar yüksək qiymətləndirildi. Direktor A.Əzizova dərsdən razi qaldığını bildirərək, şagirdlərin nitqindəki sərbəstliyi xüsusi qeyd etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi