312 nömrəli məktəbdə 28 MAY – "Respublika günü" münasibətilə “Tariximizin şanlı səhifəsi" adlı tədbir keçirildi

26 may 2017-ci il tarixində 312 №-li məktəbdə 2b sinfinin iştirakı və ibtidai sinif rəhbəri Əhmədova İlahənin təşkilatçılığı ilə 28 May – Respublika Günü münasibətilə “Tariximizin şanlı səhifəsi" adlı tədbir keçirildi. Tədbirdə yazıçı-publisist Xeyrəddin Qoca, Bakı şəhəri icra hakimiyyətinin nümayəndəsi Nurəddin Osmanlı, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Keşlə bələdiyyəsinin sədri Ələmdar Vəfadarov, 251 nömrəli məktəbin direktoru Aygün Əzizova, valideyinlər, məktəb kollektivi iştirak edirdi. Möhtəşəmliyi ilə diqqət çəkən tədbirdə şagirdlər 28 may tarixinin önəmindən, Respublika günün yaranmasından, Azərbaycanın şanlı səhifəsinə çevrilməsindən, bu günün əsl bayram, azadlıq, müstəqillik, suverenlik rəmzi olduğundan danışdılar, bir-birindən maraqlı rəqslər, mahnılar, musiqili səhnəciklər nümayiş etdirdilər, şeirlər söylədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi